Formula 1 üzrə mövsümün ilk Qran-prisində uğursuzluq “Ferrari”nin yenə də problemlərdən xilas olmadığnı göstərdi. Sport24.az xəbər verir ki, Bəhreyndə bu komandanın pilotlarının fəxri kürsüyə yüksələ bilməməsi hazırda ən çox müzakirə olunan mövzulardan biridi.

Amma İtaliya komandasının rəhbəri Frederik Vasser nikbinliyini itirmir: “Təsnifat mərhələsindəki çıxışımıza nəzər salsaq, yaxşı formada olduğumuzu görərik. Bu, müsbət məqamdır. Buna baxmayaraq, realist olmalıyıq. Uğur qazanmaq istəyiriksə, əlimizin altında olan texnika etibarlılığı ilə seçilməlidir. Şinlərin keyfityyətinə görə “Mersedes”lə eyni səviyyədə idik. Amma “Red Bull” və “Aston Martin” bizdən xeyli öndədir. İstənilən halda, rəqiblərimizlə mübarizə aparmaq gücündə olduğumuzu hiss edirik. Əsas odur ki, doğru qərar qəbul etməyi bacaraq!”

Xatırladaq ki, mövsümün ilk Qran-prisində Şarl Lekler bolidindəki problemlər səbəbindən yarışı başa vura bilməmişdi, Karlos Sayns isə 4-cü yeri tutmuşdu.