Formula 1-də yeni mövsümün startı təkcə “Red Bull” üçün yox, həm də “Aston Martin” üçün də uğurlu alındı. Sport24.az xəbər verir ki, Maks Ferstappen və Serxio Peresdən sonra ilk yarışda Fernando Alonso da fəxri kürsüyə yüksələ bildi.

Bu mövsümə qədər iddiasız bir komanda olan “Aston Martin”in yüksəlişinə isə “Red Bull”un mühəndislərini işə cəlb edilməsi səbəb kimi göstərilir. Bunu “Alfa Tauri”nin rəhbəri Frants Tost da iddia edir: “Aston Martin” sadəcə “Red Bull”un aerodinamikasının bir hissəsini qopardaraq özünə bitişdirib. Onların bolidlərinin də bir-birinə bənzəməsi təsadüfi deyil. “Aston Martin” yeni “Red Bull” qurur, sadəcə, maşını yaşıl rəngə boyayır. Təəssüf ki, bizim o qədər pulumuz yoxdur ki, “Red Bull”un aparıcı mühəndislərini gətirib eyni işləri görək”.