'Formula-1'' üzrə ikiqat dünya çempionu, ''Aston Martin''in pilotu Fernando Alonso yenidən nüfuzlu ''24 saat Le Man'' yarışında iştirak etməyi planlaşdırır. Sport24.az xəbər verir ki, bunun üçün o, ''Ferrari'' ilə danışıqlar aparır.

Bu xəbəri idman jurnalisti Metyu Tompson paylaşıb. Onun sözlərinə görə, Alonso 2024 və ya 2025-də bu yarışın hiperkar kateqoriyasında iştirak etmək istəyir. İspaniyalı pilot burda da nəyə qadir olduğunu yenidən göstərmək arzusundadı.

Xatırladaq ki, Alonso daha öncə 2 dəfə - 2018 və 2019-cu illərdə ''24 saat Le Man'' yarışlarında iştirak edib. Hər iki halda da çempion olub. Bu mövsüm ''Formula-1''də 41 yaşlı pilot şəxsi birincilikdə 99 xalla 3-cü pillədə qərarlaşıb. Elə ''Aston Martin'' də konstruktorlar birinciliyində 3-cü pillədədi.