Fransa millisinin keçmiş üzvü və "Real"ın sabiq baş məşqçisi Zinəddin Zidan David Bettoni və Hamida Msaidini yığmanın məşqçilər korpusunda təmsil olunmağa dəvət edib.

 

Mənbənin sözlərinə görə, bu mütəxəssislər Zidanla birlikdə "Real"da çalışıblar. 

 

Bir müddət əvvəl mətbuatda Zidanın milli komandanı çalışdırmaq üçün Fransa Futbol Federasiyası (FFF) ilə şifahi razılığa gəldiyi barədə xəbərlər yayılıb.  

 

Qeyd edək ki, Zidanın rəhbərliyi altında "Real" iki dəfə İspaniya çempionu olub, iki dəfə İspaniya Super Kubokunu və üç dəfə Çempionlar Liqasını qazanıb.