"Real"ın sabiq baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının finalı barədə fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, Fransa millisinin sabiq üzvü bu barədə "Tuttomercatoweb" portalına açıqlama verib:

 

 "Marseldən olmağıma baxmayaraq, düşünürəm ki, Paris klubu həlledici görüşdən qalib ayrılacaq".

 

Qeyd edək ki, Çempionlar Liqasının finalı mayın 31-də Münhendəki "Alyans Arena"da keçiriləcək. Həlledici görüşdə PSJ və "İnter" qarşılaşacaq.