Rusiya Daxili İşlər Nazirliyinin sözçüsü İrina Volk Sankt-Peterburqlu futbolçu Andrey Mostovoyun qaçırılması cəhdinin təşkilatçısının kimliyini açıqlayıb. Sport24.az xəbər verir ki, o, bu barədə şəxsi teleqram kanalında məlumat yayıb:

 

"Oktyabrın 23-də bir neçə kişi küçədə Mostovoya hücum edərək onu zorla maşına mindirməyə çalışıb. Lakin futbolçu hücum edənlərlə mübarizə apararaq hadisə yerindən qaçmağı bacarıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları artıq qaçırma cəhdində şübhəli bilinənləri saxlayıblar.

Aparılan araşdırmalardan sonra polis cinayətkar fəaliyyətin şübhəli təşkilatçısını tapıb və Rosqvardiya əməkdaşları ilə birlikdə onu Leninqrad vilayətinin Vsevolojsk rayonunun Kudrovo şəhərində saxlayıb. Məlum olub ki, o, Sankt-Peterburqdakı ali məktəblərinin birinin ikinci kurs tələbəsidir".