"Zenit"in baş məşqçisi Sergey Semak Ladoqa gölündə qırmızı kürü istehsal edən şirkətə sərmayə qoyub. Sport24.az xəbər verir ki, 48 yaşlı mütəxəssis havaların istiləşməsi ilə pulunun bir hissəsini itirmək riski ilə üzləşib.

 

Havaların isti keçməsi onun və şirkətin planlarına təsir edə bilər.

 

Qeyd edək ki, bir neçə il əvvəl Stanislav Çerçesov da Şimali Osetiyada balıqçılıq biznesinə sərmayə qoyub. Amma o, keçən ilin sonunda pulunu geri götürüb və payını sataraq biznesi tərk edib.