"Serbiya" millisinin və "Zalsburq"un üzvü Starxinya Pavloviç klubunu dəyişib. Sport24.az xəbər verir ki, Pavloviç karyerasını "Milan"da davam etdirəcək. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

 

Serbiyalı müdafiəçi artıq klubla şərti razılığa gəlib. 23 yaşlı futbolçunun transferi "Milan" üçün 18 milyon avroya başa gələcək.

 

Qeyd edək ki, Pavloviç "Zalsburq" klubu ilə son mövsümdə 37 oyuna çıxıb, 4 qol və 3 qolun ötürməsini verib.