Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. Sport24.az xəbər verir ki, turnirin favoritlərindən olan "Yuventus" "Frayburq"la üz-üzə gələcək.

Maraqlıdı ki, Turin klubu bundan əvvəlki mərhələdə də "Qarabağ"la Avroliqanın qrupunda rəqib olmuş komandayla - "Nant"la düşmüşdü. 

Türkiyənin turnirdə yeganə təmsilçisi olan "Fənərbaxça"nın bəxtinə isə "Sevilya" çıxıb. 

 

Avropa Liqası, 1/8 final mərhələsi

"Sevilya" (İspaniya) - "Fənərbaxça" (Türkiyə)

"Yuventus" (İtaliya) - "Frayburq" (Almaniya)

"Bayer" (Almaniya) - "Ferentsvaroş" (Macarıstan)

"Union Berlin" (Almaniya) - "Union" (Belçika)

"Sportinq" (Portuqaliya) - "Arsenal" (İngiltərə)

"Mançester Yunayted" (İngiltərə) - "Betis" (İspaniya)

"Roma" (İtaliya) - "Real Sosyedad" (İspaniya)

"Şaxtyor" (Ukrayna) - "Feyenoord" (Niderland)