"Yuventus" "Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva ilə ciddi maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" qəzeti məlumat yayıb. 

 

Portuqaliyalı futbolçu bu yay azad agent ola bilər və Turin klubu ona mövsümə təxminən 7 milyon avro maaşla üç illik müqavilə təklif etmək niyyətindədir.

 

Silvanın özü hələ gələcəyi ilə bağlı qərar verməyib. 31 yaşlı futbolçu karyerasının son mərhələsində yeni çağırış axtarır. "Yuventus" cəlbedici variantdır, amma bu, yeganə deyil.

 

Oyunçu bütün təklifləri qiymətləndirmək istəyir. "Barselona", "Benfika", "Qalatasaray", Ərəb liqalarından olan klublar və MLS-dən ona maraq var. 

 

Qeyd edək ki, Silva bu mövsüm 41 oyunda meydana çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.