"Borussiya" mövsümün sonunda müqaviləsi başa çatan Emre Canla bağlı qərar verib. Sport24.az xəbər verir ki, Bundesliqa nəhəngi Almaniya millisinin sabiq üzvünü komandada saxlamayacaq.
Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
Klub yaxın günlərdə 32 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilə imzalayacaq.
Qeyd edək ki, Emre Can 2020-ci ilin yayından "Borussiya"da çıxış edir. Kapitan fevral ayında dizindən aldığı zədəyə görə mövsümü erkən başa vurub.