FİFA prezidenti Canni İnfantino İran da daxil olmaqla bütün milli komandaların yayda keçiriləcək dünya çempionatında edəcəyinə ümid edir. Sport24.az xəbər verir ki, o, bununla bağlı ali futbol qurumunun rəsmi saytına açıqlama verib:
"FİFA geosiyasi münaqişələri həll edə bilməz, amma biz futbolun və dünya çempionatının gücündən körpülər qurmaq və sülhü təşviq etmək üçün istifadə etməkdə qərarlıyıq. Çünki düşüncələrimiz davam edən müharibələr nəticəsində əziyyət çəkənlərin yanındadır.
FİFA dünya çempionatında iştirak edən bütün komandaların ədalətli oyun və qarşılıqlı hörmət ruhunda yarışmasını səbirsizliklə gözləyir. Bizim cədvəlimiz var, ümid edirik 48 komanda tezliklə mundiala qatılacağını təsdiqləyəcəyik".
Qeyd edək ki, fevralın sonlarında ABŞ və İsrail İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb. Bundan az sonra İran millisinin 11 iyun - 19 iyul tarixləri arasında ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında iştirakdan imtina etməsi barədə məlumatlar yayılıb. Daha sonra İran Futbol Federasiyasının prezidenti Mehdi Tac yığmanın mundialı boykot etməyəcəyini və FİFA ilə komandanın oyunlarının Meksikaya köçürülməsi ehtimalını müzakirə etdiyini bildirib.