Bu gün keçiriləcək bir oyunla Misli Premyer Liqasında 25-ci tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, hesabat həftəsinin son qarşılaşması Sumqayıtda keçiriləcək.

 

"Turan Tovuz" "Qəbələ" ilə üz-üzə gələcək. Hazırda aktivində 45 xal olan "boz qurdlar" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Kurban Berdıyevin komandası bu gün qalib gələcəyi halda, turnir cədvəlində yeri dəyişməsə də, ikinci yerdə olan "Qarabağ"la xal fərqini 4-ə salacaq, 4-cü olan "Zirə"dən isə bir qədər də uzaqlaşacaq. "Qəbələ" isə elitada qalmaq uğrunda mübarizə aparır. "Qırmızı-qaralar" hazırda 10-cü yerdəddir.

 

Qeyd edək ki, oyunun start fiti saat 16:00-da səslənəcək.

 

Misli Premyer Liqası

III dövrə, XXV tur

16:00. "Turan Tovuz" - "Qəbələ"

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Akif Əmirəli, Elçin Məsiyev
VAR: Əliyar Ağayev
AVAR: Nicat İsmayıllı
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.