"Yuventus" "Everton"un hücumçusu Betoya "elçi" düşüb. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" qəzeti məlumat yayıb.
Mənbənin sözlərinə görə, italyanlar 27 yaşlı Qvineya-Bisau millisinin 27 yaşlı üzvünü bu ay icarəyə götürmək istəyir. Müqavilədə mövsümün sonunda oyunçunu birdəfəlik almaq bəndi də yer alacaq.
Vasitəçilər artıq müqavilə üzərində işləyirlər, baxmayaraq ki, digər namizədlər də nəzərdən keçirilir. "Fənərbaxça" da Betonun xidmətində maraqlıdır. Hücumçunun nümayəndələri ötən həftə Türkiyə klubunun rəhbərliyi ilə görüşüblər.
Qeyd edək ki, Beto bu mövsüm komandasının heyətində 26 oyunda 3 qol vurub. Onun "Everton"la müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.