"Red Bull2un idman rəhbəri Yurgen Klopp məşqçilik karyerasına qayıtmağa tələsmir. Sport24.az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb.

 

Bir müddət əvvəl mətbuatda "Real" rəhbərliyinin Kloppu komandanın yeni baş məşqçisi kimi nəzərdən keçirdiyi bildirilirdi.

 

Mənbənin sözlərinə görə, Klopp hazırkı vəzifəsində özünü rahat hiss edir. Onun yaxın planlarına Almaniya milli komandasına rəhbərlik etmək daxildir. 

 

Qeyd edək ki, alman məşqçinin son iş yeri 2015-ci ildən 2024-cü ilə qədər çalışdığı "Liverpul" olub.