Yaponiya millisi DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanıb. Sport24.az xəbər verir ki, asiyalılar bu hüquqa yiyələnən ilk komanda olub.

 

Yaponlar seçmə mərhələnin VII turunda evdə Bəhreynlə qarşılaşıblar. Rəqibini 2:0 hesabı ilə məğlub edən "samuraylar" vaxtından əvvəl dünya çempionatının əsas mərhələsində iştiraklarını rəsmiləşdiriblər.

 

Yaponiya yer aldığı C qrupunda 7 oyundan 19 xal toplamaqla minimum ikinci yeri özləri üçün təmin ediblər. "Gündoğar ölkə" təmsilçisi ən yaxın izləyicisi Avstraliyanı 9 xal qabaqlayır.

 

Qeyd edək ki, DÇ-2026-ya ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək.