Frankfurt "Ayntraxt"ı Yaponiya millisinin hücumameyilli yarımmüdafiəçisi Ritsu Doanı heyətinə qatıb. Sport24.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.
Daha əvvəl "Frayburq"da çıxış edən 27 yaşlı cinah yarımmüdafiəçisi ilə 2030-cu il iyunun 30-dək müqavilə imzalanıb.
"Transfermarkt" portalının məlumatına görə, transfer 21 milyon avro təşkil edib.
Qeyd edək ki, Doan 2022-ci ildən "Frayburq"da çıxış edib. O, 123 oyunda meydana çıxıb, 26 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb. "Ayntraxt"ın yeni futbolçusu Yaponiya millisində 57 oyun keçirib və 10 qol vurub.