PSJ-nin vingeri Xviça Kvaratsxeliya Çempionlar Liqasını qazanan ikinci gürcü futbolçu kimi tarixə düşüb. Sport24.az xəbər verir ki, ondan əvvəl bu uğura imza atan Kaxa Kaladze olub.

 

Hazırda Tbilisinin meri vəzifəsini icra edən veteran futbolçu "Milan"la iki dəfə Çempionlar Liqasının kubokunu qazanıb. O, 2002/2003 və 2006/2007-ci il mövsümlərində dünyanın ən mötəbər klub turnirinin qalibi olub.

 

Qeyd edək ki, Xviça cari mövsümdə parislilərin heyətində 25 oyun keçirib, 7 qol vurub və 6 məhsuldar ötürmə edib.