PSJ-nin hücumameylli yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanın atası Badri Kvaratsxeliya futbol agenti Mamuka Jugelinin artıq oğlunu təmsil etmədiyini bildirib. Sport24.az xəbər verir ki, o, bu barədə "Kvirispalitra.ge" portalına açıqlama verib:
"Mamuka Jugeli artıq Xviçanın agenti deyil. Bu qərar birgə və qarşılıqlı razılaşma əsasında qəbul edilib. Xviça da burada idi və biz qarşılıqlı olaraq tərəfdaşlığımıza son qoymaq qərarına gəldik. Mamuka Jugeli agent kimi Xviçanın karyerasının inkişafında çox mühüm rol oynayır. Onun illər ərzində Xviça üçün etdiyi hər şeyə görə təşəkkür etdik, bir-birimizə uğurlar arzuladıq və vidalaşdıq.
Hazırda Xviçanın agenti yoxdur. Təkliflər var. Çoxları Kvaratsxeliya ilə işləmək istəyir və aydındır ki, Xviça və ailəsi onun kiminlə işləməyə davam edəcəyinə qərar verəcəklər".