Misli Premyer Liqasında 29-cu turun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı bəlli olub. Sport24.az xəbər verir ki, 6 matçda 16010 tamaşaçı qeydə alınıb.

Ən çox fanat "Neftçi" - "Qarabağ" (1:5) qarşılaşmasında olub. Azərbaycan derbisini 9500 tərəfdar izləyib.

Qubada keçirilmiş "İmişli" - "Sumqayıt" (0:2) görüşündə isə cəmi 60 olub.

"Qəbələ" - "Araz-Naxçıvan" duelində (1:1) 250, "Şamaxı" - "Kəpəz" (2:0) oyununda 1200, "Turan Tovuz" - "Zirə" (1:1) matçında 4000, "Sabah" - "Karvan-Yevlax" qarşılaşmasında (2:0) 1000 azarkeş tribunada əyləşib.

Qeyd edək ki, XX tura mayın 2-də start veriləcək.