"Çelsi"nin baş məşqçisi vəzifəsinə namizədlər açıqlanıb. Sport24.az "Mail" nəşrinə istinadən xəbər verir ki, "Bornmut"un çalışdırıcısı Andoni İraola ilə yanaşı, "Fulhem"in baş məşqçisi Marko Silva və "Real"dan ayrılandan sonra işsiz qalan Xabi Alonsonun da namizəd olduğu bildirilir.
London klubunun rəhbərliyi həmçinin hazırda "Porto"nun "sükanı arxasında" olan Françesko Farioli və "Komo"nu çalışdıran "Çelsi"nin keçmiş oyunçusu Sesk Fabreqası da nəzərdən keçirirdi.
Qeyd edək ki, "zadəganlar" ötən həftə Liam Rozenioru baş məşqçi vəzifəsindən azad edib. Mövsümün qalan hissəsində komandaya müvəqqəti olaraq Kalum Makfarleyn rəhbərlik edəcək.