Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsi start götürür. Sport24.az xəbər verir ki, ilk oyun günündə PSJ "doğma divarlar" arasında "Bavariya"nı qonaq edir.
Qarşılaşma Parisdəki "Park de Prens" stadionunda, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Tərəflər arasında qarşılaşması mayın 6-da baş tutacaq.
Qeyd edək ki, yarımfinalın digər matçı sabah baş tutacaq. "Atletiko" İspaniyada İngiltərənin "Arsenal" kollektivi ilə münasibətləri aydınlaşdıracaq.