Xristo Stoiçkovun "Qızıl top"u qazanması münasibətilə keçirilən yubiley matçında faciə yaşanıb. Sport24.az xəbər verir ki, 34 yaşlı futbolçu Martin Deçev dünyasını dəyişib.
MOİK (Sofiya) klubunun yaydığı məlumata görə, veteran oyunçunun qəfildən vəziyyəti pisləşib və yerə yıxılıb. Həkimlərin köməyinə baxmayaraq, Martinin həyatını xilas etmək mümkün olmayıb.
Deçev karyerası ərzində MOİK (Sofiya), "Ludoqorets", "Slaviya" (Sofiya) kimi klublarda çıxış edib. O, 2017-ci ildə zədə üzündən futbolla vidalaşmağa məcbur olub.
Qeyd edək ki, Stoiçkov 1994-cü ildə "France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatına layiq görülüb.