"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola 1/8 final mərhələsinin ikinci oyununda "Real"a (1-2) məğlub olmaqla Çempionlar Liqasında bütün zamanlar üçün antirekorduna imza atıb. Sport24.az xəbər verir ki, bu barədə "Opta Sport" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, Qvardiola Çempionlar Liqası tarixində eyni komanda tərəfindən ardıcıl üç mövsüm məğlub edilən ilk məşqçi olub. Bundan əvvəl, 2024/25 mövsümündə Mançester komandası pley-offda (ümumi 2-3), 2023/24 mövsümündə isə dörddəbir finalda (4-4, penaltilərdə 3-4) "Real"a yenilib.

 

Qeyd edək ki, "şəhərlilər" ümumi 5:1 hesablı məğlubiyyətdən sonra Çempionlar Liqasında mübarizəni dayandırıb.