Seneqal Futbol Federasiyası (FSF) CAF-ın komandanı Afrika Millətlər Liqasının qalibi titulundan məhrum etməsini qəbuledilməz adlandırıb və bununla barışmayacaqlarını bildirib. Sport24.az xəbər verir ki, bəyanatda deyilir:

 

"Seneqal Futbol Federasiyası bu qərarı qınayır, onu ədalətsiz, görünməmiş və qəbuledilməz adlandırır. Bu bütün Afrika futboluna hörmətsizlikdir. 

Federasiya öz hüquqlarını və Seneqal futbolunun maraqlarını qorumaq üçün dərhal Lozannadakı İdman Arbitraj Məhkəməsində (CAS) apelyasiya proseduruna başlayacaq.

FSF dürüstlük və idman ədaləti dəyərlərinə sarsılmaz sadiqliyini bir daha təsdiqləyir və ictimaiyyəti bu işdəki gələcək addımlar barədə məlumatlandıracaq".

 

Qeyd edək ki, Seneqal və Mərakeş arasında Afrika Millətlər Kubokunun finalı 2026-cı il yanvarın 18-də Rabatdakı stadionda keçirilib. Əsas vaxtın sonunda seneqallılar onlara verilən penaltiyə etiraz olaraq meydanı tərk ediblər. Təxminən 15 dəqiqə sürən fasilədən sonra onlar geri qayıdıblar və Brahim Diazın penaltisini Eduard Mendi dəf edib. Əlavə vaxtda Pape Guye seneqallıların qələbəsini təmin edib.