Ötən gün UEFA Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin cavab oyunları keçirilib.
Sport24.az-ın məlumatına görə, günün ilk görüşündə Portuqaliyanın "Sportinq" komandası Norveç təmsilçisi "Bodo Qlimt"i əlavə vaxtda 5:0 hesabı ilə üstələyib.
Bu görüşdə "Qarabağ"ın futbolçusu Kamilo Duranın ÇL-dəki uğuru təkrarlanıb. Meydan sahiblərinin heyətində Luis Suares 116-cı dəqiqədə fərqlənməklə buna nail olub.
Həmin qoladək Duran turnirdə cari mövsüm ən çox qol vuran kolumbiyalı oyunçu idi. İndi isə Suareslə birlikdə ilk sıranı bölüşdürürlər.
Almaniya çempionu "Bavariya"nın kolumbiyalı futbolçusu Luis Diasın isə 3 qolu var.
Qeyd edək ki, "Qarabağ" cari mövsüm UEFA Çempionlar Liqasının pley-off mərhələsinədək irəliləyə bilib.