PSJ-nin vingeri Xviça Kvaratsxeliya UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində "Çelsi"yə qarşı oyunlarda (5:2, 3:0) üç qol vurmaqla Avropanın mötəbər klub turnirində milli rekorda imza atıb. Sport24.az xəbər verir ki, o, Çempionlar Liqasında 37 oyunda artıq 12 qol vurub və bununla da Avropanın ən nüfuzlu turnirində iki rəqəmə çatan ilk gürcü futbolçu olub.
Kvaratsxeliya həmçinin PSJ-də 10, Napoli-də isə iki qol vurub.
Gürcülər arasında Kaxa Kaladze, Levan Kobiaşvili və Giorgi Demetradze Çempionlar Liqasında fərqlənib ki, onların da hər birinin aktivində 3 qol var.
Qeyd edək ki, 25 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 36 oyunda meydana çıxıb, 12 qol vurub və 7 məhsuldar ötürmə edib.