"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının 1/8 final mərhələsinin ikinci oyununda "Real" məğlub olduqdan sonra (ilk oyunda 1-2, 3-0) jurnalistlərin karyerasının ən çətin rəqibi ilə bağlı sualını cavablandırıb. Sport24.az xəbər verir ki, bu barədə Fabrisio Romano məlumat yayıb:

 

"Real" heç də mənim ən böyük rəqibim deyildi. Ən böyük çətinliyim Yurgen Klopp və "Liverpul" idi.

İspaniyadakı jurnalistlər bunu fərq etməmiş ola bilərsiniz... Kloppun rəhbərliyi altında "Liverpul"a qarşı oynamağın necə olduğunu təsəvvür edə bilməzsiniz. Bu, əla təcrübə idi".

 

Qeyd edək ki, Qvardiolanın baş məşqçisi olduğu "Mançester Siti" "Real"a məğlub olmaqla Çempionlar Liqasında mübarizəni dayandırıb.