Seneqala texniki məğlubiyyət verilib və Mərakeş 2025-ci il Afrika Millətlər Kubokunun qalibi elan olunub. Sport24.az xəbər verir ki, bu barədə Afrika Futbol Konfederasiyasının (CAF) mətbuat xidməti məlumat yayıb. 

CAF, Seneqallı oyunçuların meydanı tərk etməsi səbəbindən Mərakeşin oyunun nəticəsi ilə bağlı apellyasiya şikayətini təmin edib:

 

"CAF Apellyasiya Komitəsi, Afrika Millətlər Kuboku qaydalarının 84-cü maddəsinə uyğun olaraq, Seneqala turnirin final matçında cəriməmələndiyini və Mərakeşə 3-0 hesablı qələbənin verildiyini qərara aldı".

 

Qeyd edək ki, Seneqal və Mərakeş arasında Afrika Millətlər Kubokunun finalı 2026-cı il yanvarın 18-də Rabatdakı stadionda keçirilib. Əsas vaxtın sonunda seneqallılar onlara verilən penaltiyə etiraz olaraq meydanı tərk ediblər. Təxminən 15 dəqiqə sürən fasilədən sonra onlar geri qayıdıblar və Brahim Diazın penaltisini Eduard Mendi dəf edib. Əlavə vaxtda Pape Guye seneqallıların qələbəsini təmin edib.