Voleybol üzrə Azərbaycan Yüksək Liqasının müntəzəm mövsümündə sonuncu tura start verilib. Sport24.az xəbər verir ki, kişilərin yarışında XVIII turun iki oyunu baş tutub.

 

"Neftçi" "Gənclər"i 3:0, "Ordu" isə "Murov Az Terminal"ı 3:2 hesabı ilə məğlub edib.

 

Qarşılaşmalar Fövqəladə Hallar Nazirliyinin (FHN) idman zalında keçirilib.


Qadınların mübarizəsində "Murov Az Terminal" "Turan"ın qonağı olub. Tovuz Olimpiya İdman Kompleksində baş tutan görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib.