Sezar Peyşotu "Vulverhempton"un yeni baş məşqçisi təyin olunub. 46 yaşlı mütəxəssis "canavarlar"la müddəti 2028-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalayıb. Anlaşamnın onun İngiltərədə iş icazəsi aldıqdan sonra qüvvəyə minəcəyi gözlənilir. Sport24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
"Vulverhempton" ötən həftə Rob Edvardsla yollarını ayırıb.
Qeyd edək ki, Peyşotunun son iş yeri isə "Gil Visente"də olub. Onun rəhbərliyi altında komanda ötən mövsüm Portuqaliya liqasında 6-cı yeri tutub.
"Vulverhempton" isə Premyer Liqada mövsümü sonuncu yerdə başa vurub və səkkiz ildən sonra ilk dəfə Çempionşipə düşüb.