Kabo-Verde millisinin qapıçısı Vozinyanın "Kolo-Kolo"ya transferi baş tutmaya bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabriso Romano məlumat yayıb.
Çili klubu qolkiperə təklif göndərib. Ancaq danışıqlar prosesi zamanı futbolçunun nümayəndələri ilə "Kolo-Kolo" rəhbərliyi arasında fikir ayrılığı yaşanıb. Çili komandasının rəsmiləri hazırda alternativ variant kimi Uruqvay yığmasının "çərçivə qoruyucusu" Santyaqo Meleni transferini nəzərdən keçirir.
Qeyd edək ki, 40 yaşlı qapıçı azad agentdir. Vozinya həmçinin Cənubi Amerikanın digər komandalarından da bir neçə təklif alıb.