"Real"ın futbolçusu Vinisius Junior Çempionlar Liqasında "Borussiya"ya (Dortmund) qalib gəldikləri oyundan (5:2) sonra fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, matçda üç qol vuran braziliyalı hücumçu bunları deyib:

 

"Paltardəyişmə otağında baş məşqçimiz Ançelotti dedi ki, bir qol vursaq, geridönüş edəcəyik. Dediyi kimi də oldu. Burda olduğum müddətdə mənə hər şey verən "Real"da daha çox şeyə nail olmaq istəyirəm. Karyeramın sonuna qədər bu klubda qalmaq istəyirəm. Çempionlar Liqası bizim turnirimizdir. Yenidən qazanmaq arzusundayıq".