"Ştutqart"ın müdafiəçisi Valdemar Anton karyerasını "Borussiya"da (Dortmund) davam etdirəcək.

Sport24.az xəbər verir ki, bu barədə Almaniya mətbuatında məlumat yayılıb.

Transferin dəyəri 22,5 milyon avrodur. 27 yaşlı almaniyalı futbolçu Dortmund təmsilçisi 4 illik müqavilə imzalayacaq.

Qedy edək ki, Anton ötən mövsümdə "Ştutqart"ın heyətində 37 oyun keçirib. O, 1 qol və 4 ötürmənin müəllifi olub.