"İnter Mayami"nin və Uruqvay millisinin hücumçu Luis Suares üçün"Atlanta Yunayted"lə matç əlamətdar olub. Sport24.az xəbər verir ki, hücumçu karyerasında 600-cü qolunu vurub. 38 yaşlı hücumçu oyunun (4:0) 61-ci dəqiqəsində fərqlənib.
Suares "İnter Mayami"də 42 qol vurub. Onun digər klublardakı statistikası isə belədir: "Barselona"da 198, "Ayaks"da 111, "Liverpul"da 82, Uruqvay millisində 69, Madrid "Atletiko"sunda 34, "Qremio"da 29, "Nasional"da 20, "Qroninqen" də isə 15 qol.
Qeyd edək ki, Luis Suares 2024-cü ilin yanvarından "İnter Mayami"də çıxış edir. Onun klubla müqaviləsi Bu ilin dekabrında başa çatır.