"Qalatasaray" Kiyev "Dinamo"sunun hücumçusu Matvey Ponomarenkonun transferi istiqamətində işləri davam etdirir. Sport24.az xəbər verir ki, Türkiyə çempionu artıq Ukrayna tərəfinə rəsmi təklif göndərib.
Bu barədə jurnalist Kağan Dursun məlumat yayıb.
İstanbul klubunun 20 yaşlı forvardı gələcəkdə satınalma bəndi ilə icarəyə götürmək istədiyi bildirilir. Hazırda tərəflər müqavilənin mümkün şərtlərini müzakirə edirlər.
Daha əvvəl Türkiyə mediası "Dinamo"nun Ponomarenkoya təxminən 30 milyon avro qiymət qoyduğunu və icarədən daha çox tam transferə üstünlük verdiyini bildirmişdi. Məhz bu məqam razılığın əldə olunması üçün əsas maneə ola bilər.
Qeyd edək ki, Ukranya millisinin üzvü olan Matvey Ponomarenko 2025/26 mövsümündə Kiyev təmsilçisinin heyətində meydana çıxdığı 24 rəsmi matçda 16 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.