FİFA-nın Hakimlər Komitəsinin sədri Pyerluici Kollina 2026-cı il dünya çempionatında hakimlərin Argentinaya üstünlük verməsi ilə bağlı səslənən iddiaları qətiyyətlə təkzib edib. Sport24.az xəbər verir ki, italiyalı funksioner hakimlərin tam müstəqil fəaliyyət göstərdiyini bildirib:
"Heç kim FİFA hakimlərinin hansısa şəxs tərəfindən yönləndirildiyini iddia edə bilməz. Hətta FİFA prezidenti Canni İnfantino belə hakimlərin qərarlarına təsir göstərmir. O, hər zaman Hakimlər Komitəsinə tam dəstək verib və müstəqil işləməyimiz üçün şərait yaradıb", – deyə Kollina bildirib.
O vurğulayıb ki, matç rəsmiləri bütün qərarlarını vicdanla qəbul edirlər:
"Futbolçular və məşqçilər kimi hakimlər də hər zaman ən yaxşı qərarı verməyə çalışırlar. Qərarlar ətrafında müzakirələrin olması futbolun ayrılmaz hissəsidir. Lakin əsassız ittihamların futbolumuzda yeri yoxdur".
Qeyd edək ki, bu açıqlamalar Misir millisinin baş məşqçisi Hossam Həsənin sərt ittihamlarından sonra səsləndirilib. Təcrübəli mütəxəssis komandasının dünya çempionatının 1/8 finalında mübarizəni dayandırdığı oyundan sonra əlavə vaxtda penalti verilmədiyini iddia etmiş, nəticəni "ədalətsiz" adlandıraraq hakimlərə təzyiq göstərildiyini bildirmişdi. Bunun ardınca FİFA rəsmi mövqeyini açıqlayaraq səsləndirilən iddiaları rədd edib.