"Bavariya"nın yarımmüdafiəçisi Joau Palinya karyerasını ölkəsində davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Benfika" portuqaliyalı futbolçunu transfer etmək istəyir.

 

Bu barədə "Record" nəşri məlumat yayıb.

 

Lissabon nəhənginin baş məşqçisi Marku Silva "Fulhem"də birlikdə çalışdığı Palinyanı komandasında görməkdə maraqlıdır. "Benfika" 31 yaşlı dayaq yarımmüdafiəçisi üçün Almaniya klubuna 25 milyon avroluq təklif göndərəcək.


Qeyd edək ki, Joau Palinya 2025/26 mövsümündə icarə əsasında "Tottenhem"də çıxış edib. Portuqaliya millisinin üzvü London təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.