"Krivbas"ın qapıçısı İqor Omelçenko komandanın Sloveniyadakı toplanışını tərk edərək Ukraynaya qayıtmayıb. Sport24.az xəbər verir ki, bu barədə Ukrayna klubunun mətbuat xidməti məlumat yayıb:

 

"Avqustun 4-də Ukrayna mətbuatında "Krivbas"ın qapıçısı İqor Omelçenkonun özbaşına komandanın düşərgəsini tərk etməsi ilə bağlı məlumatlar yayılıb.

Bildiririk ki, futbolçu İqor Omelçenko həqiqətən də komandanın Sloveniyadakı təlim-məşq toplanışını icazəsiz tərk edib və komanda ilə birlikdə Ukraynaya qayıtmayıb. Klub futbolçu ilə əlaqə saxlasa da, o, "Krivbas"a qayıtmaqdan imtina edir".

 

Qeyd edək ki, qolkiperin "Krivbas"la müqaviləsi gələn ilin yayında başa çatır. Omelçenkonun 19 yaşı var və hazırda "Krivbas"ın U-19 komandasının formasını geyinir.