"Şaxtyor" rəhbərliyi komandanın avrokuboklarda uğursuz çıxışını və Ukrayna kubokunda mübarizəni dayandırmasına baxmayaraq baş məşqçi Arda Turanı istefaya göndərməyi düşünmür. Sport24.az xəbər verir ki, bu barədə ukraynalı jurnalist İqor Tsıqanik qonaq olduğu podkastların birində deyib:
"Turan" "Şaxtyor"da öyrənməyə və təcrübə qazanmağa davam edir. Bunun üçün vaxt varmı? Məndə olan məlumata görə, Əhmədov hələ də ona etibar edir. Baxmayaraq ki, komanda qitəmiqyaslı turnirdə o qədər də yaxşı çıxış etmir, ölkə kubokunda Kiyev "Dinamo"suna məğlub olaraq mübarizəni dayandırıb. Heç kim Turanı istefaya göndərməyi planlaşdırmır".
Qeyd edək ki, Donetsk təmsilçisi Ukrayna Premyer Liqasında Kiyev "Dinamo"sunu dörd xal qabaqlayaraq turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Komanda Konfrans Liqasında isə iki oyundan sonra üç xalla 17-ci yerdədir.