2024-cü ildə UEFA Super Kubokunun keçiriləcəyi məkan bəlli olub. Sport24.az xəbər verir ki, qarşılaşma Polşanın paytaxtı Varşavadakı Milli Stadionunda baş tutacaq.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Millətlər Liqasının 2024/25 mövsümünün qrup mərhələsinin püşkatma mərasiminin isə gələn il fevralın 8-də Fransanın paytaxtı Parisdə təşkil olunacağı açıqlanıb.