UEFA İcraiyyə Komitəsi 19 yaşadək qızlar və oğlanlar arasında 2021-ci il Avropa çempionatları barədə qərar qəbul edib. Sport24.az xəbər verir ki, qurum hər iki turniri ləğv olunduğunu açıqlayıb.

Bu addım koronavirus pandemiyası dövründə ölkələr arasında səyahət məhdudiyyətləri səbəbindən, həmçinin yoluxmanın qarşısını almaq məqsədilə atılıb.

Bildirilib ki, hazırkı məqamda gənc futbolçuların sağlamlığı daha vacibdir.