"Atalanta"nın hücumçusu Ademola Lukman karyerasını Türkiyədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Pedro Almeyda "X" sosial şəbəkə hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, "Fənərbaxça" artıq 28 yaşlı futbolçunun mümkün transferi ilə bağlı İtaliya klubu ilə danışıqlara başlayıb.
Lukman hazırda yanvarın 5-də Afrika Millətlər Kubokunun 1/8 final mərhələsində Mozambiklə qarşılaşacaq Nigeriya milli komandasının düşərgəsindədir.
Qeyd edək ki, Ademola 2022-ci ilin yayında 10,85 milyon avro qarşılığında "RB Leypsiq"dən "Napoli"yə keçib. Onun hazırkı bazar dəyəri "Transfermarkt" tərəfindən 35 milyon avro olaraq qiymətləndirilir.