"Roma"nın özbək hücumçusu Eldor Şomurodov karyerasını "İstanbul Başakşehir"də davam etdirməyə yaxındır. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, tərəflər arasında danışıqlar son mərhələdədir.

 

Qeyd edək ki, Şomurodov 2021-ci ilin yayında "canavarlar"la anlaşıb. Özbəkistan millisinin forvardı paytaxt klubunun heyətində ümumilikdə bütün turnirlərdə  80 matçda iştirak edib, 13 qol vurub və 11 məhsuldar ötürmə edib.