Sentyabrın 7-də Konyada Türkiyə və İspaniya milli komandaları arasında UEFA zonası üzrə 2026-cı il dünya çempionatının seçmə turnirinin ikinci turunun oyunu keçirilib. Qarşılaşma qonaqların 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Sport24.az "Squawka"ya istinadən xəbər verir ki, Türkiyə millisi 41 ildən sonra ilk dəfə öz meydanında 6 top fərqi ilə uduzub.
1984-cü ildə İngiltərə türkləri 8:0, Macarıstan isə 6:0 hesabı ilə məğlub edib.
Türkiyə millisi bundan əvvəl isə 1965-ci ildə evdə Çexoslovakiyaya 0:6 hesabı ilə yenilib.