"Fənərbaxça"nın prezidenti Ali Koç bildirib ki, Joze Mourinyonun qovulmasından sonra baş məşqçi kreslosu üçün əsas namizədləri italiyalı mütəxəssis Luçano Spalletti olub. Lakin o, bu mövsüm komandaya rəhbərlik etməkdən imtina edib. Sport24.az xəbər verir ki, Koç bu barədə "Football Italia"ya açıqlama verib:

 

"Spalletti bizim ilk seçimimiz idi, lakin o, təklifi qəbul etmədi. Biz bəzi namizədləri nəzərdən keçiririk və tezliklə yeni məşqçinin adını açıqlayacağıq".

 

Qeyd edək ki, Spalettidən başqa boş qalan posta namizədlər arasında "Milan"ın keçmiş baş məşqçisi Serxio Konseysao və "Tottenhem"də çalışmış Anjelos Postekoqlou da var.