Polşa millisinin hücumçusu Robert Levandovski yığmanın heyətində daha bir dəfə fərqlənib. Sport24.az xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsində Finlandiya ilə matçda (3:1) 37 yaşlı hücumçu 86-cı qolunu vurub.
Levandovski bu nəticə ilə BƏƏ millisinin hücumçusu Əli Mabxutanı keçərək milli komandalar tarixinin ən yaxşı bombardiri siyahısında yeddinci pilləyə yüksəlib.
Ondan öndə olan futbolçular isə bunlardır: Moxtar Dahari (Malayziya, 89 qol), Romelu Lukaku (Belçika, 89), Sunil Çxetri (Hindistan, 95), Ali Dai (İran, 108), Lionel Messi (Argentina, 114) və rekordçu Kriştiano Ronaldo (Portuqaliya, 140).