Almaniyanın "Ayntraxt" klubu "Beşiktaş"ın hücumçusu Semih Kılıçsoy ilə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Frankfurt təmsilçisi 19 yaşlı hücumçu üçün 20 milyon avroluq büdcə ayırıb.
Semih bu mövsüm "Beşiktaş"la 16 oyunda 1 qol vurub, 4 məhsuldar ötürmə edib. Onun İstanbul təmsilçisi ilə müqaviləsi 2028-ci ilin yayına kimidir.