"Yuventus" Türkiyə millisinin üzvü Kenan Yıldızla müqavilə müddətini artıracaq. Sport24.az "Tuttosport"a istinadən xəbər verir ki, Yıldız özü də Turin klubunda qalmağa üstünlük verib.

 

Yeni müqaviləyə əsasən, o, 2028-ci ilin yayına qədər "Yuventus"a məxsus olacaq. Tərəflər arasında razılıq əldə edilib.

 

Qeyd edək ki, hücumçunun klubla hazırkı müqaviləsi 2027-ci ilə qədərdir. Kenan "Yuventus"un heyətində 25 matçda 3 qol vurub.