Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümünə həsr olunan avarçəkmə üzrə "Prezident kuboku" beynəlxalq reqatasının ikinci gününə start verilib. Sport24.az xəbər verir ki, yarış Mingəçevirdə "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilir.

 

Reqatanın ikinci günündə komandalar 500-1500 m məsafədə kayak, kanoe və akademik növündə mübarizə aparacaqlar.

 

Yarışda 20-dən çox ölkədən – Azərbaycanla yanaşı, Bolqarıstan, Xorvatiya, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Sloveniya, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan olan komandalar mübarizə aparır. "Prezident kuboku" mayın 3-də başa çatacaq.

 

Qeyd edək ki, reqatanın ilk günü Suqovuşanda kayakda 200 m məsafədə Amil Ramazanov (2006-2007-ci il) 3-cü olub.